Bakı az qala suyun “altında” qaldı… – YENİLƏNİB – (1)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 22-si axşamdan 23-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Departamentdən  Etikxeber.az-a bildiriblər ki, sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçib, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxıb, arabir yağış yağıb, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bakıya 21, Oğuza 31, Qəbələyə 28, Kişçaya (Şəki) 27, Ordubada 22, Mingəçevirə 15 millimetr yağıntı düşüb.

YAQİS-1

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu gündüz 22-24°, axşam 20° isti olacaq.

Sentyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Hava gündüz əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, saniyədə 3-8 metr təşkil edəcək.

Havanın temperaturunun gecə 16-19°, gündüz 23-26° isti olacağı bildirilir.

Xəbərdarlığa görə, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metrədək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacaq.

Xəbərdarlığa əsasən, sentyabrın 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti saniyədə 15-20 metr təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu 3-5° enəcək.

***

Ölkə ərazisində sentyabrın 24-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 8-13°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Temperatur gecə 10-15°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 14-19°, gündüz 26-31° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 17-19°, gündüz 23-26° isti, dağlarda gecə 8-13° isti , gündüz 15-20° istilik təşkil edəcəyi ehtimal olunur.

Bölgələrdə qərb küləyinin əsəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Bakıda səhər  saat 9-11 radələrində fasilələrlə yağan yağış şəhərdə xeyli ciddi problemlər və fəsadlar yaradıb.

Hətta, bəzi yerlərdə marşrut avtobuslarının içlərinəcən yağış və kanalizasiya suları ilə dolub…

***

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bu barədə isə mətbuata açıqlamasında  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O,qeyd edib ki, bu səbəbdən də bir sıra küçə və prospektlərdə sıxlıq yaranıb:

“Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür”.

Etikxeber.az

Read Previous

İranın cavabı çox ağır olacaq – RUHANİDƏN XƏBƏRDARLIQ VƏ TƏHDİD

Read Next

Gürcüstanda 25 nəfərin prezidentliyə namizədliyi qeydə alındı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir