Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Yaxın zamanda bu, tamamlanacaq. Bu zaman ilkin səhiyyə xidmətinə aid olan bütün strukturlar Tibb Mərkəzində birləşəcək.
Etikxeber.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.
O, eyni zamanda deyib ki, 5 saylı Doğum evinin qadın məsləhətxanası ilkin tibbi xidmət göstərdiyi üçün İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək.
“İlkin Səhiyyə Tibb Mərkəzindəki poliklinikalarda olan dar ixtisas həkimləri də müxtəlif poliklinikalarda birləşərək Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Nərimanov rayonunda bu, həyata keçirilib, digər rayonlarda da paralel olaraq aparacağıq. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”-deyə, K. Ələkbərov sonra bildirib.
Etikxeber.az