Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Etikxeber.az bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının “APA-Economics”ə verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb.

“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir” – deyə, Ş.Mehmanqızı əlavə edib.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.

Etikxeber.az

Read Previous

Fazil Mustafa da seçiciləri təhqir edən deputatı sərt ifadələrlə ittiham etdi

Read Next

“Memar Əcəmi-2”-də dünya rəssamlarının rəsm əsərlərinin reproduksiyaları nümayiş etdirilir- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir