“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən-ÇIXARILDI – SƏRƏNCAM – YENİLƏNİB

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılır.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək.

Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbulu kimi səlahiyyətləri icra edəcək.

QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətləri olacaq.

Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.

***

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək.

Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızların buraxılması barədə qərar qəbul edilməsi və digər səlahiyyətləri icra edəcək.

QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasına QSC-nin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

Azərbaycan İnvestisiya Holdinqi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.

Etikxeber.az

Read Previous

“General Polad” mahnısına-KLİP ÇƏKİLDİ – VİDEO

Read Next

“Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir və…”- İlham Əliyev CDQ Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında-ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir