Bakı-Gəncə sürət qatarı işə düşdü – BU GÜN – FOTOLAR – YENİLƏNİB

Dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı işə düşüb.

Etikxeber.az xəbər verir ki, qatar Bakı vağzalından yola düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl qatardan istifadə edən sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. S

ərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klas (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

STAD-2

STAD-3

STAD-4

STAD-5

STAD-6

STAD-7

STAD-8

WhatsApp Image 2018-12-29 at 10.32.27

***

STAD-21

STAD-17

STAD-15

Etikxeber.az

 

Read Previous

“Özümü xoşbəxt sayıram ki…”- DEPUTAT MEDALLA TƏLTİF OLUNDU – FOTOLAR

Read Next

Yolun açıq olsun, Vətən, yolun açıq olsun, sürətli Azərbaycan! – JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir