Bakı gözəl, təmiz şəhərdir və… – ZAMBİYALI PARLAMENTARİ

Daniel Siçilongo: Bakıdan götürüləsi, öyrəniləsi çox məsələlər var

Bakı gözəl və təmiz şəhərdir. Bakıdan öyrəniləsi, götürüləsi çox şeylər var.

Etikxeber.az-ın xəbərinə görə, bunu zambiyalı parlamentari, Zambiya Yaşıl Partiyasının baş katibi Daniel Siçilongo Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, bu dünyada ciddi ekoloji problemlər yaşanır, ərtaf mühit çox çirkli vəziyyətdədir:

“Hətta, ən məşhur meqapolislər belə bunlardan sığortalanmayıb, çirklənmə baş alıb, gedir. Ona görə də gözəlliyi və təmizliyi ilə seçilən, göz oxşayan Bakıdan bu məsələlərin, problemlərin həllində götürüləsi, öyrəniləsi çox şeylər var. Bunlar mütləq nəzərə və diqqətə alınmalıdır”-deyə, zambiyalı parlamentari qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda əhalinin 60 faizi 30 yaşdan aşağıdır – AZAD RƏHİMOV – FOTO

Read Next

“Təmiz Şəhər” ASC qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürüb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir