Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın – Sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, o,  bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

S. Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində belə praktika olub: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Etikxeber.az

Read Previous

Şəhid hərbçi dəfn olundu

Read Next

İrimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir