“Bakı Metropoliteni” daha bir sosial layihə həyata keçirdi

15 sentyabr – Bilik günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC daha bir sosial layihə həyata keçirib.

Etikxeber.az xəbər verir ki, “Elmlər Akademiyası” metro stansiyasının təmirdən sonra istifadəyə verilən əsas çıxışında balaca məktəblilər üçün sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə metropoliten işçiləri birinci sinifə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıb. Belə ki, metropoliten işçiləri “Elmlər Akademiyası” stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar, tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatına aid olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları tərəfindən hədiyyələr təqdim edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.

Etikxeber.az

Read Previous

Sentyabrın 16-na USD/AZN rəsmi məzənnəsi 1,6375 səviyyəsində müəyyən olunub

Read Next

Satınalmaların səmərələliyi ilə bağlı fərman verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir