“Bakı Metropoliteni” gücləndirilmiş rejimə keçəcək

Fevralın 26-da Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək.

Bu haqda Etikxeber.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, hazırlanan birgə tədbirlər planına əsasən, fevralın 26-da qurum əməkdaşları Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək.

N.Paşayev qeyd edib ki, bununla yanaşı, həmin gün metro stansiyalarında Xocalı faciəsini əks etdirən şəkillər və lövhələr asılacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Etikxeber.az

Read Previous

Düşmən bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədib – MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Yardımlıda məscid yandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir