“Bakı Metropoliteni” QSC Milli Musiqi Günü münasibətilə proqram təşkil edəcək

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə “Bakı Metropoliteni” QSC sərnişinlər üçün proqram təşkil edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr – Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

“Bakı Metropoliteni” QSC bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” metro stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruplarının ifasında musiqi çələngi bəxş ediləcək.

N.Paşayevin sözlərinə görə, proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir sentyabrın 18-də saat 11:00-da “Elmlər Akademiyası” metro stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May” metro stansiyasında, 13:30-da “İçərişəhər” metro stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.

Etikxeber.az

 

Read Previous

Lənkəranda 6 partlamamış tank əleyhinə mina aşkarlandı

Read Next

Nazir son qərarını 7 gün ərzində qəbul ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir