“Bakı Metropoliteni”ndən maşinistin ölməsilə bağlı-AÇIQLAMA – YENİLƏNİB

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

Etikxeber.az məlumat verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

***

“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

Məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib.

Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:

“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır”.

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA…

Read Next

“Yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz…”-PARLAMENTİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ – MƏLAHƏT İBRAHİMQIZI, JALƏ ƏLİYEVA KOMİTƏ İCLASINDA NARAHATEDİCİ MƏQAMLARI DİLƏ GƏTİRDİLƏR… YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir