Bakı metrosunda Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək – FOTO

Ötən il olduğu kimi bu il də, dekabrın 28-də “28 May” metro stansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, bu il də Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşəcək, metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr bəxş edəcək, sərnişinlərin şikayət və təkliflərini dinləyəcəklər.

N.Paşayev qeyd edib ki, sosial aksiya dekabrın 29-da da keçiriləcək. Əsas məqsəd insanları təbrik etmək, onlara xoş əhvali-ruhiyyə yaratmaqdır. Artıq “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May” metro stansiyalarında böyük yolkalar qurulub.

Etikxeber.az

Read Previous

Prezidentlə xanım “Bakı Ağ Şəhər”də də oldu – YENİLƏNİB

Read Next

İlyas Tapdıq dəfn olundu – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir