Bakı Nəqliyyat Agentliyi Qara Qarayev prospektində monitorinq aparıb

Bakı Nəqliyyat Agentliyi Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) monitorinq aparıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O, bildirib ki, monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçrilib.

N.Allahyarovanın sözlərinə görə, müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində, avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti, texniki baxımdan nasaz olması ilə bağlıdır.

“Bakı Nəqliyyat Agentliyinin baş direktoru V.Kərimli avtobusların natəmiz, eyni zamanda, texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb. V.Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib”– deyə, N.Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, baş direktor paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıldığını bildirib. Bununla bağlı nəzərdə tutulan tədbirlər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək. Baş direktor sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb. V.Kərimli daşıyıcı şirkətlərin rəhbərlərinə mövcud vəziyyətin qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbrilər görüləcəyini deyib.

Etikxeber.az

Read Previous

“Şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan…” – Qubad İbadoğlu

Read Next

Film komissiyaları yaradılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0