Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

Etikxeber.az-ın məlumatına görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən “Tibilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən  verilən məlumata görə, Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.

Etikxeber.az

Read Previous

Toy karvanının qəzaya uğraması 45 nəfərin ölümünə səbəb oldu – DƏHŞƏT

Read Next

“Azəravtoyol” : Avtomobil yollarında vəziyyət normaldır – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir