Bakı Olimpiya Stadionunda “Çelsi” futbol klubu üzvlərinin açıq məşqi – FOTOLAR

Mayın 28-də Bakı Olimpiya Stadionunda “Çelsi” futbol klubunun final matçından əvvəl sonuncu açıq məşqi keçirilib.

Etikxeber.az xəbər verir ki, açıq məşqdə futbolçular baş məşqçi Maurissio Sarrinin bir sıra hərəkətlər üzrə tapşırıqlarını yerinə yetiriblər.

Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

celsi-1

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Çelsi” klubu “Arsenal” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. “Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq.

“Çelsi” isə 2013-2014-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Etikxeber.az

Read Previous

Prezident və ailə üzvləri Dənizkənarı Milli Parkda… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Yuventus”un prezidenti Anelli Bakıya gəlir – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir