Bakı-Quba-Rusiya avtomobil yolunun bir hissəsi yenə təmirdədir?

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.

Bu barədə Etikxeber.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

Nə qədər ailələr, evlər dağılıb, kor qalıb… – MİLLƏT VƏKİLİ

Read Next

Əliyev Sisini təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir