Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhər sakinindən tapança və 8 ədəd patron götürülüb.
Etikxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Allahverdiyev saxlanılıb.
Ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 8 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Etikxeber.az