Bakı Şəhər və rayonların İcra Hakimiyyətlərindən paytaxt sakinlərinə-MÜRACİƏT – FOTOLAR

Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri paytaxt sakinlərinə müraciət edib.

Etikxeber.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bununla əlaqədar paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərimizə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

Qeyd olunmalıdır ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər.

Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb”.

Etikxeber.az

Read Previous

“Azərbaycan-Türkiyə birliyi, qardaşlığı daim zəfər çalacaq, kimsə birliyimizi, həmrəylimizi poza, sarsıda bilməyəcək”-MM-İN KOMİTƏ SƏDRİ ƏRDOĞANIN AZƏRBAYCANA, ŞUŞAYA GÖZLƏNİLƏN SƏFƏRİNDƏN DANIŞDI

Read Next

“Daha çox Şəhid ailəsi üzvü və yaralı Qazini işlə təmin edən işəgötürənlər mükafatlandırılacaq”-NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir