Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 8 min 40 müraciət daxil olub – AVQUSTDA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən Etikxeber.az-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, 8 min 40 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1761 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 min 221 vətəndaş müraciəti daxil olub. 192 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1350 sənəd (vətəndaşlar tərəfindən 330 ərizə, Təhsil Nazirliyindən 148, digər qurumlardan 113, məktəblərdən 441 məktub, 74 strukturdaxili yazışma və 244 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 516 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Etikxeber.az

Read Previous

Deputatın tələbə qızlarla bağlı təklifi – DƏSTƏKLƏNDİ

Read Next

Baxtadze də getdi – İSTEFA VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir