Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev-SAXLANILDI…

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev saxlanılıb.

Etikxeber.az xəbər verir ki, R. Quliyev barəsində aparılan yoxlamalar zamanı onun korrupsiya əməlləri ortaya çıxıb.

Sabiq aparat rəhbəri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən R. Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti mediaya faktı təsdiqləyib.

Qeyd olunub ki R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki ki, ilk xəbəri unikal.org saytı yazıb.

Etikxeber.az

Read Previous

Türkiyənin Azərbaycandakı yeni səfiri-CAHİT BAĞÇI…

Read Next

“Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq…”-FİRUDDİN NƏBİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir