Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edilib – “Azəravtoyol”

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışını təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər aşkar edilib, maneələr aradan qaldırılıb.

Nəzərə çatdırılıb ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22-ci kilometr hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min kvadratmetr səki tikilib, 10,9 min poqonmetr səki daşları quraşdırılıb, avtobusların dayanması üçün 3 ədəd “cib”lər, eləcə də yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 poqonmetr yağış-kanalizasiya xətti tikilib.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 kilometr olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılıb və xüsusi siqnal dirəkləri ilə təmin edilib.

Etikxeber.az

Read Previous

Dövlət başçılarının baş aşpazları da qurultaya toplaşıblar…

Read Next

“İnsanları soymaqla məşğuldurlar…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir