Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə yaşanıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verib.

Etikxeber.az xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub.  Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə  mətbuata bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.

Etikxeber.az

Read Previous

“Qobustan” rayonunun adı dəyişdirilsin, çünki…” – TƏKLİF

Read Next

Qubanın dağ kəndlərində temperatur mənfi 17 dərəcəyə çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir