Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik ediləcək

Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar Bakıdan oktyabrın 17-dən, müvəqqəti olaraq, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Etikxeber.az-a bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07:45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30 -da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07:40, 08:15, 08:45 və Sumqayıtdan 06:50, 07:20, 07:45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

QSC-dən bildirilib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Etikxeber.az

Read Previous

Sərxoşluğa görə 20 mindən artıq sürücü tibbi müayinədən keçdi-358 nəfərin narkotik istifadəçisi olduğu aşkarlandı

Read Next

“Bank Standard”ın əmanətçilərinə kompensasiya ödənişi sabah da davam etdiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir