“Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini davam etdirəcək”-TƏHSİL NAZİRİ

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayımda bildirib.

Nazir deyib ki, bağçalarda distant təhsil mümkün deyil:

“Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur”.

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər. 

Etikxeber.az

Read Previous

Daha 2392 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Read Next

Doğum günündə Şəhid Teymur Həsənovun məzarı-ZİYARƏT EDİLDİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir