Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında Zəfər günü ilə bağlı-HƏRBİ YÜRÜŞLƏR KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:
* Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
* Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

Sumqayıt şəhəri üzrə:
Dənizkənarı Bulvar ərazisi;

Naxçıvan şəhəri üzrə:
Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək;

Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.

Etikxeber.az

Read Previous

Üç bacının tək qardaşı, bir övladı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BİLAL QƏNBƏROVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ İL ÖTÜR – MƏZARI ZİYARƏT OLUNDU, AİLƏSİNƏ XALÇA HƏDİYYƏ EDİLDİ, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Sabah Anım Günü olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, DÖRD BACININ TƏK VƏ SUBAY QARDAŞI ƏLİ MƏMMƏDOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir