Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb-BU GÜNDƏN

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər bu gün saat 00:00-dan aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Etikxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Belə ki, məlumatda bildirilir ki, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub.

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.

Odur ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bu gündən, yəni, 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb:

Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Etikxeber.az

Read Previous

“Artıq xəstə süni nəfəs aparatından ayrılıb, beyindaxili qanama dayandırılıb…Nisbətən yaxşılaşma müşahidə edilsə də, hazırda vəziyyəti orta-ağır olaraq qalır…”-MİLLƏT VƏKİLİ

Read Next

“Bu kimi məmurun ən yüngül cəzası işindən it kimi qovulmasıdır: Özünün də, telefonla danışdığı komandirinin də”-DEPUTAT BƏRK QƏZƏBLƏNDİ VƏ…-FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir