Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt və Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Etikxeber.az-a bildirilib ki, avtobusların sayının artırılmasında məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır.
Buna görə də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib.
Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.
Etikxeber.az





