Bakı-Şuşa avtobusu hava şəraitinə görə-GERİ QAYIDA BİLMƏDİ VƏ…

Fevralın 5-də kəskin hava şəraiti ilə əlaqədar Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun hərəkət qrafikində gecikmə qeydə alınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, vəziyyət dərhal nəzarətə götürülüb. Güclü qar və yolların buz bağlamasına baxmayaraq, idiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti, həmçinin sürücünün peşəkarlığı sayəsində sərnişinlər Şuşa şəhərinə çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xüsusi texnika cəlb edərək yolları qardan və buzdan təmizləyib. Yolboyu avtobus Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən müşaiyət edilib.

Hərəkət qrafikində gecikmə baş verdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə geri dönüş təxirə salınıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sərnişinlər xüsusi qayğı ilə əhatə olunub.

Onların Şuşada qalmasına və daha sonra təhlükəsiz geri dönməsinə şərait yaradılıb.

Belə ki, vətəndaşlar hosteldə yerləşdirilib və isti qida ilə təmin ediliblər.

Bu gün səhər saatlarında sərnişinlər planda nəzərdə tutulan yerləri ziyarət etdikdən sonra Bakıya yola düşüblər.

Etikxeber.az

Read Previous

“Orden övladımın Haqqıdır…İstəyirəm ki, övladım, Şəhidim ölkəmizin ən ali ordenlərindən biri ilə təltif olunsun”-ŞƏHİD ŞAHMAR SEYİDOVUN ANASI ƏSMƏGÜL SEYİDOVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Read Next

“Seçkilər 2023-cü ilin iyununda keçiriləcək, namizədimiz də Ərdoğandır”-BAXÇALIDAN MÜXALİFƏTİN ERKƏN SEÇKİ ÇAĞIRIŞLARINA SƏRT TƏPKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir