Bakı-Tbilisi-Bakı qatarlarının hərəkətində məhdudiyyətlər-TƏTBİQ OLUNDU

Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Etikxeber.az-a verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ qurum tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Etikxeber.az

Read Previous

MM-in 5 komitəsi eyni gündə-MARTIN 16-da İLK İCLASINI KEÇİRƏCƏK – YENİLƏNİB

Read Next

“İçərişəhər” tabeliyindəki müəssisələrdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görür- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir