“Bakı-Tbilisi-Qars” növbəti uğurlarımızda önəmli rola malik olacaq” – MİLLƏT VƏKİLİ

Yaxın günlərdə rəsmi açılışı gözlənilən “Bakı-Tbilisi-Qars” dəmiryolu gözləntiləri doğruldacaqmı?

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi Azərbaycan iqtisadiyyatına son dərəcə müsbət təsir göstərəcək”.

elman-1_1403933760bghfbcv

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Qeyd edək ki, bir müddət öncə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri,  Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars planlaşdırılmış dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 28-də keçiriləcək

E.Nəsirov isə mətbuata açıqlamasında sonra bildirib ki, bu xəttinin istifadəyə verilməsi nəticəsində Çindən Avropaya gedən dəmiryol xətləri qısalacaq, yük daşınmaları xeyli qısa müddətdə reallaşacaq.

Onun sözlərinə görə, Azərbaycan tranzit ölkə kimi sərnişin və yükdaşınmasından böyük gəlir əldə edəcək.

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurm neft və qaz kəmərləri fəaliyyətdədir, indi də dəmiryol xəttinin işə düşməsi ilə Azərbaycan təşəbbüskarı olduğu növbəti meqalayihəni reallaşdırmış olacaq. İşğalçı Ermənistan isə növbəti dəfə böyük bir layihədən kənarda qalacaq. Azərbaycanın büdcəsi yeni gəlir mənbəyi əldə  edir. Bu Azərbaycan xalqının rifahının yüksəlməsinə səbəb olacaq, ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək, iqtisadi islahatların həyata keçirilməsi üçün imkanlar yaradacaq. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bundan sonrakı təminatı üçün əlavə maliyyə mənbələri əldə etmiş olacağıq. Azərbaycan, Gürcüstan və Türkiyə dostluğu daha da möhkəmlənəcək. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artacaq”- deyə, deputat mətbuata açıqlamasında qeyd edib.

Millət vəkili Eldəniz Səlimov da bildirib ki, Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 28-də keçirilməsi gözlənilir ki, bu da çox mühüm hadisədir.

Eldeniz-yeni-yeni

“Azərbaycan müstəqillik əldə etdikdən, xüsusilə, müdrik dövlət rəhbəri, mərhum Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından və 1994-ci ilin sentyabr ayının 20-də tarixi “Əsrin müqaviləsi”nin imzalanaraq, uğurlu neft strategiyasının təməlinin qoyulmasından sonra Azərbaycan yerləşdiyi bölgə, Avropa və ümümən dünya üçün bir sıra vacib- regional və beynləxalq əhəmiyyətli siyasi-iqtisadi yüklü layihələri müvəffəqiyətlə gerçəkləşdirib, icra edib. Bölgənin təhlükəsizlik və sabitlik adası olan ölkəmiz nəinki yerləşdiyi regionun, belə demək mümkünsə, Avropanın və dünyanın enerji təminatçısına çevrilib, enerji təhlükəsizliyinin təmin olunmasında böyük rola malikdir. Bunlar da təbii ki, elə-belə baş verməyib. Bu işlərin araxasında, təməlində, mayasında da mərhum Heydər Əliyevin və onun layiqli davamcısı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan naminə yorulmaz fəaliyyəti, müdrikliyi və uzaqgörənliyi dayanıb. Onlar olmasaydılar, nəinki Azərbaycan,ümumən Avropa və dünya üçün əhəmiyyətli və önəmli layihələr gertçəkləşdirilə bilməzdi. Məhz onların qətiyyəti və iradəsi sayəsində, qeyd etdiyimi kimi, hamımıza bəlli olan layihələr uğurla  gerçəkləşdirildi və bu gün də gerçəkləşdirilməkdə, öz töhfələrini verməkdədirlər. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də məhz belə layihələrdəndir. Bu layihənin icrası, konkret desək, adıçəkilən dəmiryolu xəttinin yaxın günlərdə rəsmi açılışı və işə düşməsi növbəti uğurlarımızda, iqtisadi və siyasi inkişafımızda önəmli yerə və rola malik olacaq. Azərbaycan dövləti və xalqı bundan həm iqtisadi, həm də siyasi dividendlər əldə edəcək…”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İyi Parti”nin toplantısında Azərbaycan bayrağı dalğalanırsa…” – DEPUTAT

Read Next

Əliyev Avstraliya və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir