“Bakı Ticarət Festivalı” zamanı əlavə dəyər vergisini 5 bankın 15 filialında qaytarmaq mümkün olacaq – PALATA

Aprelin 10-dan etibarən bir ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Vey” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.

“Bakı Ticarət Festivalı”nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.

“Bakı Ticarət Festivalı” zamanı Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Adı Filial və ya şöbə Ünvan Yaxın Ticarət Mərkəzi
  1.      
“PAŞA Bank” ASC Port Baku şöbəsi Neftçilər prospekti 53 Port Baku TM daxilində
  1.      
“Kapital Bank” ASC “Gənclik Mall” filialı Fətəli Xan Xoyski prospekti “Gənclik Mall” TM daxilində
  1.      
“28 may filialı” Azadlıq prospekti 26 “28 Mall” TM yaxın
  1.      
“Yapı Kredi Bank Azərbaycan” QSC “Nərimanov Metropark” filialı Təbriz küçəsi, 106A “Metropark” TM daxilində
  1.      
Səbail filialı Nizami küçəsi 69 “Nərgiz Mall” TM yaxın
  1.      
28 May fililalı Rəşid Behbudov küçəsi 8 “Park Bulvar” TM və “28 Mall” TM yaxın
  1.      
“Azərbaycan Sənaye Bankı” ASC Baş ofis Zərifə Əliyeva 3  “Nərgiz Mall” TM yaxın
  1.      
“Park Bulvar” filialı Neftçilər pr-ti. Dənizkənarı Bulvar “Park Bulvar” TM daxilində
  1.      
“Bank Silk Vey” ASC Baş ofis Həsən Əliyev küç., 131A “Gənclik Mall” TM yaxın
  1.               
1 №-li filial Nizami küç., 142A 28 Mall TM yaxın
  Havalimanları və Dəniz limanı “tax free” bölməsi
  1.               
1 saylı şöbə H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal Gömrük keçid məntəqəsindən sonra
  1.               
Gəncə filialı Gəncə Beynəlxalq Hava Limanı Hava limanında
  1.               
Lənkəran filialı Lənkəran Beynəlxalq Hava Limanı Hava limanında
  1.               
Mübadilə şöbəsi Qəbələ Beynəlxalq Hava Limanı Hava limanında
  1.               
Şəhər Dəniz limanında tax free bölməsi Şəhər Dəniz limanı Gömrük keçid məntəqəsindən sonra

Etikxeber.az

Read Previous

Bakıda dilənçilikə məşğul olan şəxslər saxlanılıb – DİN

Read Next

Aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir