Bakı Uşaq Teatrı meydan tamaşalarına yekun vurdu

Bakı Uşaq Teatrı yay mövsümündə açıq havada təşkil etdiyi meydan tamaşalarına yekun vurub.

Etikxeber.az xəbər verir ki, teatrın yaradıcı kollektivi paytaxtın mərkəzi meydanlarından birində tamaşaçılarla son görüşünü gerçəkləşdirib. Tədbir çərçivəsində balacalar üçün şən mahnılardan ibarət konsert və rəqslərdən ibarət əyləncəli proqramlar təşkil olunub. Meydan tamaşalarında uşaqların marifləndirilməsi ilə yanaşı , onların yay tətili günlərində vaxtlarının asudə və səmərəli keçirilməsi məqsədilə bir çox nağıl tamaşalar səhnələşdirilərək maraqlı müsabiqələr təşkil edilib.

Bundan başqa, mövsüm ərzində teatr uşaqların gələcəkdə pis vərdişlərdən uzaq olması üçün maarifləndirmə xarakterli layihələr də təşkil edib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan meydan tamaşaları Bakı Uşaq Teatrı tərəfindən növbəti aylarda paytaxtın bir sıra rayonlarında nümayiş olunacaq.

Etikxeber.az

Read Previous

Türkmənistan da “prezidentin səlahiyyət müddəti 7 il olsun” dedi

Read Next

Neft Fondu 22 banka 78 milyon dollar satdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir