Bakı və bəzi rayonlarda yağış yağacaq-SABAH

Avqustun 7-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz, 18-23° isti olacaq.

Etikxeber.az

Read Previous

Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı cinayət işi-BAŞLANILDI

Read Next

Prezident daha iki səfirin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir