Bakı və daha 21 şəhər-rayonda komendant saatı-BAŞLADI…

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında komendant saatı başlayıb.  

Etikxeber.az-ın məlumatına görə, komendant saatı bu gün saat 21:00-dan 29 sentyabr saat 06:00-dək davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Etikxeber.az

Read Previous

“Hər birimiz cəbhədə vuruşub canımızı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fəda etməyə hazır olmalıyıq və hazırıq”-MUSA QASIMLI

Read Next

BMT-nin Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili-İCLAS KEÇİRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir