Bakı və Sumqayıtda yanğın oldu

Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m2 sahədə yanıb.

Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 3 otaqlı evin hamam otağının yanar konstruksiyaları 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Bacısını öldürən şəxsin məhkəməsi başladı

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 60 dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir