Bakıda 13, rayonlarda 20 dərəcə isti olacaq-SABAH

Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə  Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Bəzi yerlərdə duman gözlənilir

Martın 10-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri-tək övlad, ali-hərbi təhsilli Həsənağa Abdullazadə və Beyləqanlı, peşəkar hərbçi Elvin İsmayılov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR…

Read Next

Martın 14-dək hava dumanlı olacaq, görünüş məsafəsi məhdudlaşacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir