Bakıda 28°, bəzi bölgələrdə isə 32° isti olacaq-SABAH

Azərbaycanda mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 23-28° isti, Bakıda gecə 14-16°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 45-20 faiz təşkil edəcək.

Mayın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 27-32° isti, dağlarda gecə 6-11°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

“Ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik”-ŞEYXÜLİSLAM

Read Next

Tokayev Əliyevə-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir