Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq-SABAH

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Sabah rayonlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Etikxeber.az

Read Previous

Prezident Günəş Elektrik Stansiyasının-AÇILIŞINDA – FOTO

Read Next

Evin tək oğlu, tək bacının tək qardaşı idi…Şuşayacan döyüş yolu keçdi, Şuşa azad edilən gün Şəhadətə qovuşdu…Tək qız övladı Vətənə əmanət qaldı – Ailənin iki övladından biri, subay və ali təhsilliydi…Suqovuşanda Şəhid oldu, nəşi uzun müddət tapılmadı, Şəhidlik xəbəri 56 gündən sonra təsdiqləndi – Şəhid əmisinin adı verildi, əmisi kimi də eyni taleyi yaşadı…İkinci Vətən Müharibəsində Şəhidlik məqamına ucaldı-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN TƏK OĞULLAR-PƏHLİ QƏRİBOV, İLKİN AĞAKİŞİYEV VƏ ELDƏNİZ HÜSEYNOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir