Bakıda ağır yol hadisəsində ərəb turistlər ölüb

Bakıda baş verən yol-nəqliyyat hadisəsində ərəb turistlər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən – Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən şəxslər ər-arvad olub. Onlar Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını izləməyə gedirmiş.

Etikxeber.az

Read Previous

“Bakı-Sumqayıt-Bakı” Biləcəri və Xırdalanda da dayanacaq

Read Next

Seçki ilə gələn və terrorla əlaqəsi olanlar, bunun hesabını verməlidirlər – YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir