Bakıda avtobus, Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Etikxeber.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi ərazisində baş verib.

132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Hadisə şahidləri piyadanı xəstəxanaya çatdırmağa çalışsalar da, artıq gec olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

Eyni zamanda, Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə dekabrın 21-də axşam saatlarında Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Parakənd qəsəbə sakini, 47 yaşlı  Şaiq Siyab oğlu Bəşirov yolu keçmək istəyərkən hərəkətdə olan “Suzuki” markalı, 10 JL 300 dövlət nömrə nişanlı minik avtomobili onu vurub.

Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq Ş.Bağırovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin versiya kimi qəzanın piyadanın sərxoş vəziyyətdə yola çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatı avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Bakıda və Gədəbəydə bir neçə yanğın baş verdi

Read Next

Oyunçularının əksəriyyəti qəzada həyatını itirən “Şapekoense”-yə Cənubi Amerika Kuboku təqdim edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir