Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan Etikxeber.az-a bildiriblər ki, biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.

Etikxeber.az

Read Previous

Voleybol üzrə U-18 millimiz Rusiya, Portuqaliya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Read Next

Azarkeşlər toplanışdan sonra daha güclü “Qarabağ”ı izləyəcək – Elşən Abdullayev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir