Bakıda bir neçə marşrut xəttində dəyişiklik ediləcək-SABAH

Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən  Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. 

Bu barədə Etikxeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, təmirlə bağlı  M1, M2, M6, 11 və 104  nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib:

– M1, M2, M6  nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

– 11  nömrəli müntəzəm  marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi  üzrə; hərəkəti müyyən edilmişdir.

– 104  nömrəli müntəzəm  marşrutu isə “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Etikxeber.az

Read Previous

Daha 2021 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Read Next

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlandı-YENİDƏN DİSTANT TƏHSİLƏ KEÇİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir