Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirildi

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib.

Bu barədə Etikxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.

Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanağı kimi metronun “28 May” stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarısı müəyyən edilib.

 Etikxeber.az

Read Previous

Deputat AŞPA-da Çingiz Qurbanov, Dilqəm və Şahbazla bağlı çağırış etdi

Read Next

Köhnə kilsə yaşayış evinə çevrildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir