Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” adlı sərgi açılacaq

Dekabrın 3-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.

Etikxeber.az  xəbər verir ki, İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə baş tutacaq.

Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balacalar üçün heykəltəraşlıq, keramika və rəsm ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar təqdim olunacaq.

Sərgi iki gün davam edəcək.

Etikxeber.az

Read Previous

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Read Next

Baş məşqçi postuna Soutqeyt təyin edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir