Bakıda iki nəfər su quyusuna düşərək boğuldu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Etikxeber.az

Read Previous

Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolu açıldı

Read Next

“Deputatın mandatdan məhrum edilməsi yaxşı qarşılanan hadisə olmayacaq”- Deputat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir