Bakıda keçmiş məhkum atasını öldürdü, anasını yaraladı

Bakıda qətl hadisəsi baş verib.

Etikxeber.az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan mətbuata verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev Fransaya getdi- FOTO

Read Next

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir