Bakıda küçə çökdü – YOL BƏRPA OLUNUR? – FOTOLAR – YENİLƏNİB

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Etikxeber.az xəbərinə görə, bu haqda “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O, qeyd edib ki, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

baki-bu gün

baki-bu gün-2

“Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir.

Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır.

Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək…”-deyə, A. Nəcəfli sonra qeyd edib.

***

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazi hazırda bərpa olunur.

Bunu isə A. Nəcəfli bi az öncə “Facebook” səhifəsində yazıb.

İddia edib ki, sabah sözügedən ərazidə hərəkət tam olaraq bərpa olunacaq.

Etikxeber.az

Read Previous

Çöküş bizlik deyil – METROPOLİTEN

Read Next

Qazaxda dövlət bayrağına hörmətsizlik – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir