Bakıda “Momentaus” adlı fərdi rəsm sərgisi açılacaq

Fevralın 3-də Bakıda gənc impressionist rəssam Nərmin Sadıqovanın “Momentaus” adlı fərdi rəsm sərgisi açılacaq. “Gallery 1969” sərgi salonunda gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mətbuata rəssam özü məlumat verib.

Onun sözlərinə görə, sərgidə müxtəlif janrlı 50-dək sənət əsəri nümayiş olunacaq. Sərgilənəcək əsərlər arasında bir sıra mövzularla yanaşı, vətənpərvərlik mövzusunu əhatə edən portretlər də yer alacaq.

Rəssam sayca üçüncü sərgisi olan “Momentaus” vasitəsilə öz xəyal dünyasını bölüşəcək.

Sərgi iki gün davam edəcək.

Qeyd edək ki, N.Sadıqova bir sıra xarici incəsənət festivallarında ölkəmizi layiqincə təmsil edib.

Etikxeber.az

Read Previous

Yığmamızın “Avro-2019″dakı oyunlarının təqvimi müəyyənləşib

Read Next

Suyun keyfiyyəti insanın əqli qabiliyyətinə təsir edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0