Bakıda növbəti dəfə atışma oldu-İKİ NƏFƏR XƏSARƏT ALDI, BİR NƏFƏR SAXLANILDI – YENİLƏNİB – (6)

Bakıda atışma olub.

Etikxeber.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, araşdırma aparılır.

***

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Hadisə “Vurğun Residence”nin qarşısında baş verib.

***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

Xəsarət alanlardan biri tələbədir.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

***

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.

Bu barədə də DİN-dən bildirilib.

Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

***

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən tutulub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə isə TƏBİB-dən bildirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

16:27

***

Bu gün Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Bu barədə Universitetdən bildirilib:

“Təəssüf hissi ilə bildiririk ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb”-deyə, məlumatda qeyd edilib.

16:44

***

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən verilən xəbərə görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb.

Vəziyyəti orta ağır qiymətləndirilir.

Etikxeber.az

Read Previous

Daha 45 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır”- İlham Əliyev Kailaş Satyartini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir