Bakıda qəza törədən polis əməkdaşı-KOMAYA DÜŞDÜ…

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Etikxeber.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Süleymanov İbrahim Nizami oğlu idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman çörək sexinə məxsus yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. İçərisində olan sürücü İ.Süleymanov və sərnişin, təxminən 25-30 yaşlı qadın ağır xəsarətlər alıb.

Sürücü komaya düşərək özəl xəstəxanaların birinə yerləşdirilib. Yaralı sərnişin isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtoekspertiza təyin edilib.

Qeyd edək ki, sürücü İ.Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin serjantı kimi fəaliyyət göstərir(APA).

Etikxeber.az

Read Previous

Şəhid xalası oğlunun adını övladına qoydu…3 medallı, 1 övlad atası-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İGİDLƏRİNDƏN OLAN VÜSAL KAZIMOV… – FOTOLAR

Read Next

“Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bizim şanlı qələbəmizin simvolu olacaq”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir